Son günlər yağan aramsız leysan yağışları Şəkinin Oxud kəndində ciddi fəsadlara səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, sel sularının kənd ətrafında toplanmış zibil tullantılarını Oxud kəndinin içərisinə gətirib.
Nəticədə kəndin küçələri və həyətyanı sahələr zibil paloqionuna çevrilib.
Bundan başqa kəndin yoları da sıradan çıxıb və dərin çuxurlar nəqliyyatın hərəkətini çətinləşdirib.
Kənd sakinlərinin Gununsesi.info-ya yolladıqıları müraciətdə bildirilir ki, nə yerli icra hakimiyyəti orqanları, nə də bələdiyyə yaranmış vəziyyəti aradan qaldırır.
Oxud sakinlərinin sözlərinə görə, havanın istiləşməsi kənddə sel suyu ilə axan zibillərin kəskin qoxusunu da yayıb.
“Kənddə dözülməz vəziyyətdir, xahiş edirik, problemimizi ictimailəşdirin” deyə sakinlər redaksiyamızdan xahiş edir.

Günay Mahirqızı
Gununsesi.info












