Baş nazirdən 4 universitetlə bağlı qərar

  • Müəllif: Şəbnəm
  • 10 Sentyabr 2024 10:54

Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərarlar imzalayıb.

Qərarlara əsasən, həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.

 

 

Gununsesi.info