
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər – Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və İslam Partiyasının sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi fevralın 2-də davam etdiriləcək. Prosesin qapalı keçirildiyi elan olunub.
Qeyd edək ki, N.Kərimov və İ.Əhədov xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edərək dövlət təhlükəsizliyi zərərinə casusluq etməkdə ittiham olunurlar.
Gununsesi.info









