İsrailin İrana cavab zərbəsinin vaxtını açıqlanıb

İsrail yaxın günlərdə İrana qarşı cavab zərbəsi endirə bilər, lakin hücum hədəfləri ilə bağlı hələlik qərar verilməyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Washington Post (WP) qəzeti mənbələrə istinadən mümkün müddətlərə istinad edib.

Qəzet İsrail rəsmilərinin sözlərini yazır: “Hazırda İrana hücumların hədəfləri ilə bağlı yekun qərar hələ verilməyib, lakin yaxın günlərdə hücum gözlənilir”.

Oktyabrın 1-də İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə yüz ballistik raketlə İsrailə hücum edib.

Daha sonra məlum olub ki, İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İrana “hücum metodu və vaxtı” barədə razılığa gəliblər.

Aydınlaşdırılıb ki, əməliyyat üçün İsrail Nazirlər Kabinetinin yekun razılığı lazımdır.

 

 

Gununsesi.info