
Çin hökuməti hərbi avadanlıq və materialların Şimali Koreyaya ixracını dayandırdığını bəyan edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyi, Çin Sənaye və İnformasiya Texnologiyası Nazirliyi, Çin Milli Müdafiə Elm, Texnologiya və Sənaye İdarəsi, eləcə də Çin Atom Enerjisi İdarəsi qadağan olunan hərbi avadanlıq və materialların siyahısını ictimaiyyətə elan edib.
Belə ki, nüvə raket və kimyəvi silahınin istehsalında istifadə edilə biləcək avadanlıq və materialları əhatə edən siyahıda, lazer, telekommunikasiya cihazları, sensorlar, dənizaltılar, insansız vasitələr və raket istehsalına istiqamətli proqramlar da var.
Çin hökuməti sözügedən hərbi məhsulların ixracatını Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı tətbiq etdiyi 2321 saylı qətnanəsi əsasəsında dayandırıb.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayında Şimali Koreyaya 5 dəfə nüvə raketinin sınağını keçirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası nəticədə buna qarşılıq Şimali Koreyaya sanksiya tətbiq edib.
Anar
Gununsesi.info












