
Yanvarın 25-də Azərbaycanın xalq artisti, canlı əfsanə Flora Kərimovanın üzərində göz əməliyyatı keçirilub.
Bu haqda Gununsesi.info-ya sənətkar özü bildirib. F.Kərimova qeyd edib ki, əməliyyatı professor professor Paşa Qəlbinur və oğlu Tural Qəlbinur həyata keçirib: “Sol gözümdə ləkə və görmə ilə bağı problem yaranmışdı. Əməliyyat uğurlu keçdi. Problem aradan qaldırıldı. İndi gözüm yaxşı görür. Hazırda xəstəxanayadayam. Müayinəyə gəlmişəm. Şükürlər olsun, indi yaxşıdır”-, deyə xalq artisti bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info











