Hizbullah İsrailə məxsus PUA-nı vurduğunu açıqlayıb

  • By Admin2
  • 15 Noyabr 2024 11:46

Hizbullah İsrail ordusuna məxsus Hermes 450 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Livan hava məkanında İsrailə məxsus Hermes 450 tipli PUA-nın da vurulduğu bildirilib.

Hizbullahdan əvvəlki açıqlamada İsrail ordusuna aid Hermes 450 tipli İHA-ların vurulduğu və İsrailin şimalında bir çox yerə hücum edildiyi bildirilmişdi.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bu yana 3 min 386 nəfər, o cümlədən 878 qadın və uşaq və 192 tibb işçisi həyatını itirib, 14 min 417 nəfər yaralanıb.

Orxan Saffari

Gununsesi.info