Mingəçevirdə yeni stadion inşa olunacaq

  • Müəllif: Orxan
  • 18 Dekabr 2024 12:20

Mingəçevirdə yeni futbol stadionu tikiləcək.

Gununsesi.info Azərtac-a istinadla xəbər verir ki, arenanın inşasına 2025-ci ildə başlanılacaq.

Sponsor dəstəyi ilə inşa olunacaq stadionun tamaşaçı tutumu hələlik bəlli deyil.

Qeyd edək ki, bu məsələ AFFA İcraiyyə Komitəsinin ötən gün keçirilmiş iclasında geniş müzakirə olunub.

Gununsesi.info