İş yerində meyiti tapıldı

  • Müəllif: Orxan
  • 21 Dekabr 2024 10:34

Salyan rayonunda avtomobil sexində meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, dekabrın 20-si Qalalı kəndinin ərazisində 1970-ci il təvəllüdlü Bəxtiyar Mikayılovun meyiti işlədiyi avtomobil təmiri sexində aşkar edilib.

Onun hansı səbəbdən ölməsi hələlik müəyyən edilməyib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info