“Səni axtarıram” verilişinin 15 illiyi qeyd edilib - FOTOLAR

  • Müəllif: Günel
  • 12 Aprel 2025 12:32

“Səni axtarıram” verilişinin ilk yayıma çıxmasından 15 il ötür. Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı  olduğu layihə ilk dəfə 2010-cu ildə yayımlanıb. 

Gununsesi.info xəbər verir ki, layihədə yayımlanan ölkənin ən tanınmış ictimai-siyasi ziyalıları, elm və mədəniyyət xadimləri, millət vəkilləri, jurnalistlər, nüfuzlu xarici qonaqlar ekspert qismində çıxış edib.

Efirdə olduğu 15 il ərzində 1503 nəfərin axtarışı müsbət nəticələnib. Eyni zamanda “Səni axtarıram” verilişində 7 cinayət işinin də üstü açılıb. Layihə Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla da əməkdaşlıq edir. Veriliş zamanı gedən etiraflar gizli qalan məqamların açılmasında hüquq-mühafizə orqanlarının işini asanlaşdıran amillərdən biri olub.

Layihə dünyanın 5 ölkəsində yayımlanan sosial proqramlarla da telekörpü edib.

Tədbirdə layihənin 27 ölkədən olan könüllü üzvləri də iştirak edib.

 

 

Günel Həsənova

Gununsesi.info