ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi

  • Müəllif: Günel
  • 25 İyul 2025 08:59

ABŞ Maliyyə Nazirliyi mövcud məhdudiyyətlərdən yayınaraq Şimali Koreyaya qeyri-qanuni pul köçürən şirkətə və üç şəxsə qarşı sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, sanksiyalar iyulun 24-ü qüvvəyə minib. Məhdudiyyətlər Şimali Koreyanın “Korea Sobaeksu Trading Company” şirkəti və qurumun üç əməkdaşına qarşı tətbiq edilib. Onlar ABŞ və BMT sanksiyalarından yayınıblar.

Gununsesi.info