Azərbaycanda bu ərazilərdə yanğın başladı

  • Müəllif: Orxan
  • 26 İyul 2025 11:18

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

Gununsesi.info

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.