Dünyanın ən böyük mis mədəni çökdü

  • Müəllif: Orxan
  • 02 Avqust 2025 16:59

Çili mətbuatının məlumatına görə, Rancaqua şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla yanaşı, mis mədənində “El Teniente” adlı tunel uçub.

Hadisə nəticəsində 6 şaxtaçı həyatını itirib, 9 nəfər isə yaralanıb.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini açıqlayıb.

Dünyanın ən böyük yeraltı mis mədəni kimi tanınan El Teniente ildə 356.000 tondan çox istehsal edir.

Orxan

Gununsesi.info