Kamran Nebizadəyə yeni vəzifə verilib

  • Müəllif: Firuzə
  • 05 Avqust 2025 10:47

Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilmiş “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Baş direktoru Kamran Nəbizadəyə yeni vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, o, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü təyin olunub.

Xatırladaq ki, K.Nəbizadə ASK-ya 2017-2024-cü illərdə rəhbərlik edib.

Gununsesi.info