Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb edilib

  • Müəllif: Firuzə
  • 08 Avqust 2025 10:40

Ağdərədə yanğının baş verdiyi əraziyə helikopter cəlb olunub.

Gununsesi.info xəbər verir ki, gecə saatlarından yanğın Ağdərənin Suqovuşan kəndi yaxınlığında başlayıb.

Yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Gununsesi.info