Avropa İttifaqının 27 üzv ölkəsinin Brüsseldəki səfirləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın Avropa liderlərini məlumatlandırdığı Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitinin nəticələrini müzakirə etmək üçün təcili toplantıya toplaşıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat yayıb.
Məlumata görə, Aİ-nin Daimi Nümayəndələr Komitəsinin fövqəladə iclası şənbə günü səhər Ukrayna ilə bağlı gələcək addımların müzakirəsi məqsədilə keçirilib.
Qeyd edək ki, Aİ-nin Daimi Nümayəndələr Komitəsi Avropa İttifaqı Şurası üçün nazirlərin qərar layihələrinin hazırlanması ilə məşğul olur.
Şəbnəm












