Boliviyada seçkilər ikinci tura keçir

  • Müəllif: Orxan
  • 18 Avqust 2025 10:02

Boliviyada keçirilən prezident seçkilərində heç bir namizəd yetərincə səs toplamadı və səsvermənin ikinci turunu keçirməyə məcbur oldu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Boliviyada prezident seçkilərinin birinci turu başa çatıb.

Qeyri-rəsmi nəticələrə görə, sağ mərkəzçi namizəd senator Rodriqo Paz 31 faiz səslə öndə olub.

Keçmiş sağçı prezident Xorxe Quiroqa 27 faiz, müxalif iş adamı Samuel Doria Medina isə 20,2 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Sosializmə Doğru Hərəkat (Movimiento al Socialismo MAS) partiyası son 20 ildə hakimiyyətdə olan keçmiş daxili işlər naziri Eduardo del Kastilyo 3,2 faiz səs toplayıb. Kastilyo ikinci mərhələdə iştirak edə bilməyəcək.

Orxan

Gununsesi.info