Ən çox müəllim bu üç fəndən dərs deyir

  • Müəllif: Firuzə
  • 18 Avqust 2025 12:47

Ölkədəki ümumtəhsil müəssisələrində hansı fənlər üzrə müəllimlərin daha çox olduğu açıqlanıb.

Gununsesi.info-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, dövlət və qeydi-dövlət ümumtəhsil müəssilərində ən çox müəllim Azərbaycan dili və ədəbiyyat fənni üzrə çalışır. Onlaın sayı 15 minə yaxındır.

Sonrakı yerdə riyaziyyat müəllimləri gəlir – 13 500-ə yaxın.

Üçüncü yer ingilis dili müəllimlərinindir – 13000-dən çox.

Gununsesi.info