
Moldova Rusiyadakı səfiri Dmitri Braqişi geri çağırıb.
Gununsesi.info Trend-ə istinadən bildirir ki, “TASS” agentliyinin yaydığı informasiyaya görə, bunu ölkənin xarici işlər nazirinin müavini Daniela Morar bəyan edib. Lakin o, səfirin geri çağırılma səbəbini açıqlamayıb.
Braqiş həmçinin Moldovanın Tacikistanda akkreditə olunmuş səfiridir.
Gununsesi.info












