İran genişmiqyaslı hərbi-dəniz təlimlərinə başlayıb

  • Müəllif: Firuzə
  • 22 Avqust 2025 14:17

İran Oman körfəzi və Hind okeanında genişmiqyaslı hərbi-dəniz təlimləri keçirir.

Gununsesi.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təlimlərin əsas mərhələsi “Sustainable Power 1404” avqustun 21-də start götürüb.

Bildirilib ki, İranın Hərbi-Dəniz Qüvvələrinin gəmilərindən və sahildən müxtəlif növ qanadlı raketlər buraxılıb.

Məlumata görə, bu, iyun ayında İsraillə hərbi qarşıdurmadan sonra ilk belə təlimdir.

Gununsesi.info