Türkiyənin Bursa şəhərinin Orhanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş verən yanğına hava və qurudan müdaxilə edilir.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və Meşə Regional İdarəsinin əməkdaşları göndərilib.
Yanğınla mübarizə üçün 2 helikopter, 1 pilotsuz uçuş aparatı , 8 yanğınsöndürən avtomobil, 8 iş və xidmət maşını və 62 nəfər işçi cəlb olunub.










