Pezeşkian “3+3” formatını Cənubi Qafqaz üçün ən effektiv mexanizm adlandırıb

  • Müəllif: Firuzə
  • 25 Avqust 2025 16:54

“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu fikri İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

“İnanıram ki, İran və Rusiyanın iştirakı ilə “3+3″ formatında danışıqlar Qafqaz regionunun problemlərinin həlli üçün daha effektiv və səmərəli mexanizmə çevriləcək”, – deyə Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.

 

Gununsesi.info