“Mənə borcu olan şəxs xaricə köçüb və Azərbaycanda heç bir əmlakı görünmür. Belə hallarda borcu beynəlxalq səviyyədə necə tələb edə bilərəm, başqa ölkədən alacağımı almaq mümkündürmü?”
Gununsesi.info – ya bu barədə hüquqşünas Rəşad Səfərov danışıb.
O, deyib:
“Borclu başqa ölkəyə getmiş olsa belə, öncə Azərbaycanda məhkəmə yolu ilə qərar çıxartmalısınız. Həmin qərar qüvvəyə mindikdən sonra o dövlətlə Azərbaycan arasında mövcud olan beynəlxalq müqavilələr (məsələn, qarşılıqlı hüquqi yardım və ya icra aktlarının tanınması) əsasında borclunun olduğu ölkədə qərarın tanınması və icrası tələb edilə bilər. Əgər o ölkənin məhkəməsi Azərbaycan məhkəmə aktını tanıyırsa, borclunun həmin ölkədəki əmlakına və ya bank hesablarına yönəlmək mümkündür. Bu proses mürəkkəb olduğundan, həmin ölkədə vəkil və ya hüquqşünasla əməkdaşlıq etmək lazımdır”.
Afət












