Bərdədə avtomobil 74 yaşlı kişini vurdu: 4 gün sonra öldü

  • Müəllif: Günel
  • 29 Avqust 2025 08:53

Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb.

Gununsesi.info xəbər verir ki, avqustun 24-də 1997-ci il təvəllüdlü Nəbiyev Mirəli Yavər oğlu idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü Fətullayev Sahib Məmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq S. Fətulleyev ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Gununsesi.info