Türkiyə millisi səfərdə Gürcüstana qalib gəlib

  • Müəllif: Admin08
  • 04 Sentyabr 2025 22:50

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ oyunları davam edir.

Gununsesi.info xəbər verir ki, E qrupunda Türkiyə millisi Gürcüstanın qonağı olub.

Görüş “ay-ulduzlular”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyədə Mert Müldür və Kərəm Aktürkoğlu (2 qol) fərqləniblər. Meydan sahiblərinin qollarına isə Davitaşvili ilə Xviça Kvaratsxeliya imza atıblar.