20 nömrəli məktəbin direktoru işdən çıxarıldı

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2025 10:52

Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.

Gununsesi.info “Teleqraf”a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.

O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.

 

Gununsesi.info