İndoneziyada vulkan bir gündə səkkiz dəfə püskürdü

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2025 13:35

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı bir gündə səkkiz dəfə püskürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Antara” agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, kül kraterdən 800 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4 476 m yüksəkliyə qalxıb. Məlumata görə, kül cənub və cənub-qərb istiqamətlərində böyük intensivliklə yayılır.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanı (dəniz səviyyəsindən 3 676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

Gununsesi.info