“Uşaqlardan istifadə edənlərə qarşı daha sərt tədbirlər görüləcək” -Cevdet Yılmaz

  • By Admin08
  • 10 Sentyabr 2025 23:09

Türkiyədə cinayətkar dəstələrin uşaqlardan istifadəsinə qarşı daha sərt tədbirlər görüləcək.

Gununsesi.info xəbər verir ki,  bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Onun sözlərinə görə, cinayətkar dəstələr uşaqlardan vasitə kimi istifadə edərək müxtəlif cinayətlər törətməyə çalışırlar.

“Bu mövzuda yeni yanaşmalara ehtiyac var. Cənab Prezidentimizin tapşırığı ilə ədliyyə naziri artıq bir işə start verib. Daha çəkindirici proqramlar gündəmimizdə olacaq,” – deyə Yılmaz vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 16 yaşa qədər uşaqların cinayət törətdikdə məsuliyyət daşıması məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qanun layihəsi uşaqların cinayət fəaliyyətində iştirakının qarşısını almaq və cinayətkar dəstələrin uşaqlardan vasitə kimi istifadə etməsinə qarşı daha effektiv tədbirlər görmək məqsədi daşıyır.

Gununsesi.info