Rayonlara gediş-gəliş bərpa edilir? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 31 İyul 2020 16:26

“Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.

Gununsesi.info-nun məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

“Çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir. Qərar qəbul olunan kimi, ictimaiyyətə məlumat veriləcək”, – deyə, o qeyd edib.

Gununsesi.info