Tokioda koronavirusa yoluxmada rekord

  • By admin
  • 01 Avqust 2020 22:30

Yaponiyanın paytaxtı Tokioda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 472 nəfər artıb.

Gununsesi.info bildirir ki, bu barədə “Kyodo” agentliyi xəbər verib.

Daha əvvəlki rekord cümə günü qeydə alınmışdı (463 nəfər).

Ən son məlumatlara görə, Yaponiya ərazisində, “Diamond Princess” laynerinin ekipaj üzvləri də daxil olmaqla, koronavirusa yoluxanların ümumi sayı 37,1 nəfəri ötüb. Ölüm hallarının sayı 1 024-dür.

Koronavirusa yoluxma hallarının artmasının davam etməsinə baxmayaraq, Yaponiya hakimiyyəti qeyd edir ki, hələ ölkəni fövqəladə vəziyyət rejiminə qaytarmağı planlaşdırmır. Bununla belə, bu rejim ölkənin cənubunda yerləşən Okinava prefekturasında elan olunub. O, avqustun 15-dək tətbiq ediləcək.

Gununsesi.info