Tofiq Yaqublu məhkəmədə hakimlə “atışdı”

  • By admin
  • 05 Avqust 2020 22:06

 

Bu gün  Bakının Nizami rayon məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə Müsavat Partiyasının sədr müavini və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə proses başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, prosesin açıq olmasına baxmayaraq, jurnalistlər və ictimaiyyət nümayəndələri, o cümlədən Yaqublunun öz ailə üzvləri zala buraxılmayıb.

İclasda dövlət ittihamçısı ittihamı oxuyub, vəkillər isə vəsatət qaldırıb.

Məhkəmədə hakimin Tofiq Yaqubluya “təsirləndirilən şəxs” deyə xitab etməsi onun etirazına səbəb olub: “Mən heç bir cinayət törətməmişəm. Təsirləndirilən şəxs hüququn üstün olduğu yerlərdə olur. Burada günahsız yerə həbsdəyəm. Siz də sifarişlə hök çıxaran adamsınız”.

Bu arada hakim Tofiq Yaqublunun məhkəməyə hörmətə dəvət etsə də Yaqublunun cavabı daha sərt olub.

Hakim: Yaqublu Tofiq, mən sizə hüquqlarınızı izah edirəm.
Tofiq Yaqublu: Hüquq var ki, siz mənə izah edəsiniz?

İclas başa çatdıqdan sonra vəkil Nemət Kərimli jurnalistlərə bildirib ki, hakim heç bir vəsatəti təmin etməyib. Bununla bugünki iclas başa çatıb. Növbəti iclasın tarixi elan edilməyib.

Xatırladaq ki, Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində xuliqanlıq və bədən xəsarətləri yetirmə ittihamı ilə həbs edilib.

Günay

Gununsesi.info