“Koronavirus peyvəndi prezident seçkilərindən əvvəl də hazır ola bilər” - TRAMP

  • By admin
  • 06 Avqust 2020 19:20

ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb.  

Gununsesi.info-nun “Reuters”ə istinadən verdiyi xəbər görə, bu barədə D. Tramp “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib.

ABŞ Prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.

Aparıcının “Noyabrın 3-dən də tez?” sualına isə ABŞ Prezidenti belə cavab verib: “Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”.

 

 

Gununsesi.info