“AZAL-ın bütün təyyarələrini dövlət alıb, bəs bunun gəliri mənfəəti hardadır?” - PREZİDENT NÖVBƏTİ DƏFƏ CAHANGİR ƏSGƏROVU TƏNQİD ETDİ

  • By admin
  • 06 Avqust 2020 23:07

Prezident İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edib.

Gununsesi.info bildirir ki, bu gün keçirilən müşavirədə dövlət başçısı digər dövlət şirkətləri ilə yanaşı, AZAL-ın da fəaliyyətindən narazılığını bildirib:

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?” – deyə prezident bildirib.
 

 

Gununsesi.info