Xalq etirazları ilə silkələnən Belarus bir dönüş nöqtəsində: Qan tökmək istəyən diktator Lukaşenko millətə qarşı dirənə biləcəkmi? – Can üstündə olan rejimin son çırpıntıları

  • By admin
  • 11 Avqust 2020 02:22

İngiltərənin tanınmış The Guardian media orqanı Belarusda yaşanan kütləvi xalq etirazları ilə bağlı maraqlı yazı yayımlayıb. Belarus Strateji Araşdırmalar İnstitutunda araşdırma yetkilisi Katsiarina Şamatsina tərəfindən qələmə alınan yazıda xalqın etiraz prosesi ilə bağlı detallara və tükənən Lukaşenko hökumətinin öz avtoritar rejimiini suni yollarla ayaqda saxlamağa çalışdığını bildirir.

Gununsesi.org həmin yazını sizə təqdim edir:

Balarusda dövlət başçısı Aleksandr Lukaşenko iqtidarda qalmaq üçün hər şeyi edəcək…

Bazar günü gerçəkləşdirilən prezident seçkilərinin məntiqsiz sonucları daha öncə heç olmadığı qədər geriləməni tətiklədi. Polisin prezident seçkiləri səbəbi ilə seçki qutularını qapatmasının  ardından Belarusın paytaxtı Minskdə bir çox insanlar növbə çəkir.

Yazı yazdığım Minsk yerləşim bölgəsindən fasiləsiz avtomobil kornalarının oğurlandığını görürəm. Ölkənin paytaxtından eşitdirilən bu səs Lukaşenkoya qarşı xalq etirazlarının ifadəsi və “iqtidarda qalma və 26 illik idarəçiliyə daha bir prezidentlik dönəminin əlavə etmə” arzusunun əlamətidir.

Bazar günü Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanan ilkin nəticələrin Lukaşenko üçün 80 %-ə yaxın dəstəklə “zərif zəfər” olduğuna işarə edilərkən insanlar rəsmən “10% səs qazandığı” açıqlanan müxalifətin namizədi Svetlana Tıxanovska üçün verdikləri səsləri qorumaq üçün küçələrə axışdı.

Rəsmi rəqəmlər Lukaşenko üçün dəqiq bir qələbəyə işarə edərkən müstəqil çıxış anketləri diqqətçəkici şəkildə fərqli sonucları göstərirdi: Tıxanovskaya üçün təxminən 80%, hazırkı Lukaçenko üçün isə 10%-dən daha aşağı səs.

Səs saylarındakı isbatsızlıq, müstəqil namizədlərin seçki qutularının başında müşahidəçi kimi qalmalarının əngəllənməsi də, buraya əlavə edildikdə ölkə bənzəri görünməmiş şəkildə siyasi çalxalanma yaşadı.

 

Devrim, ya basqı? Belarus bir dönüş nöqtəsində

 

Minsk küçələrində toplanan 10 minlələ insan sadə bir sloqanla birləşdi: “Tərk edin”. Bunun qarşılığında siloviki – özəl dövlət təhlükəsizlik gücləri insan sıxlığının olduğu qalabalıqları sərt şəkildə dağıdaraq, 3 minə yaxın insanın nəzarət altına alınmasına və yüzlərlə insanın isə yaralanmasına səbəb oldu.

Etirazların bütün ölkə boyunca edilməsi özəlliklə, diqqətçəkicidir. Bu, hansısa xırda və ya təmsilçisi olmayan qrupların qiyamı deyil. Ard-arda internet 2 gün  bloklandı. VPN proqramları kimi, keçici çözümlər belə, zorla işləməkdədir.

Bazar günü günortadan sonra çoxsaylı şifrəli Teleqram applikasiyalarına gələn bilgilərə inanan etirazçılar yenə küçələrə çıxmağı planlaşdırırdı. Bu kimi şəbəkəli rabitələr davam edən anlarda şəhərə əlavə hərbi avtomobillər və heyət gətirildiyinə dair hesabatlar eşidilməyə başlandı.

Lukaşenkonun iqtidarda qalma planı çökür. Yaxın zamanlarda xalqa xitabən etdiyi açıqlamasında “ölkəni əllərə verməyəcəyini” elan etmişdi.

Hökmdarlığı sırasında 1990-cı illərdə müxalifətin ortadan yox edilməsi, onu sorğulamağa cürət edənlərin həbs edilməsi kimi, bir çox demokratik standartlar və insan haqları pozuntuları cinayətləri işlənib. O və hökuməti indi iqtidarı tərk edərsə, keçmişdəki avtoritar əməllərinin təqib edilə biləcəyindən əmindir. İqtidar  can üstdə həyatda qalma rejimindədir.

Bu narazılığı küçələrdə qan tökmək bahasına olsa belə, basdırmaqda, etirazları yatırtmaqda qərarlıdırlar.

 Lukaşenko güclü və basqıçı dövlət alətlərinə sahib olmasına, əyalət sektorundakı seçim komissiyalarında çalışanlar üzərində basqı qurmasına rəğmən, bu yaşananlar Belarusdakı sistem içindəki çatlaqların işarəsidir.

Həm Belarusda, həm də ölkə xaricində bir çox qutulardakı nəticələrə əsasən, Tıxanovskayanın Lukaşenkoya qarşı zəfər qazandığı bildirildi. Müxalifət təmsilçisi “Associated Press”ə etdiyi açıqlamasında “öz lehinə olan səslərin sayının digər namizədlərdən qatbaqat artıq olduğu” ilə bağlı sübutların varlığını söyləyib.

Gecə ilə polis işçilərinin seçki qutularına gəlib komissiya üzvlərini zorla “gerçək” nəticələri bildirməyə məcbur etməsini göstərən hesabatlar var idi. Həmçinin dünən küçələrdə olan bir çox siloviki etirazçılara hücum çəksə də, onlardan bəziləri xalqa qarşı bu zorakılıqda iştirakdan imtina etdi.

Etirazçılar və rejimə sistemin içindən müxalif olanlar (komissiya üzvləri və polis) üçün başqa bir ilham qaynağı isə vətəndaş cəmiyyətinin güclənməsidir.

Belaruslular ölkə içidə və bütün dünyadakı Belarus diasporu şiddət edilən və həbs edilənlərə yardım etmək üçün tutqulardan öncə pul topladılar.

Arzu Sayadoğlu

 

Gununsesi.org