Svetlana Tixanovskaya xalqa videomüraciət edib – "Allah heç kimi belə seçim qarşısında qoymasın" (VİDEO)

  • By admin
  • 11 Avqust 2020 14:05

Litvada olan prezidentliyə namizəd Svetlana Tixanovskaya Belarus xalqına müraciət edib.

Gununsesi.info bildirir ki, videomüraciətdə Tixanovskya Belarusu tərk etmək barədə qərarı özü tək qəbul etdiyini bildirib. “Özüm üçün çox ağır bir qərar qəbul etməli oldum. Özünüzü qoruyun. Məni ittiham edənlər, nifrət edənlər çox olacaq. Allah heç kimi mənim kimi belə seçim qarşısında qoymasın. Uşaqlar bizim həyatımızda olan ən mühüm olandır”.  

Belarus Dövlət Sərhəd Komitəsi Tixanovskyanın ölkədən çıxdığını təsdiqləyib.

Gununsesi.info