Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb

  • By admin
  • 12 Avqust 2020 09:59

Məşhur Hollivud ulduzu Ancelina Coli onun keçmiş həyat yoldaşı Bred Pitlə olan məhkəmə işini aparan hakim Con Uderkirkin məhkəmə prosesindən uzaqlaşdırılmasını tələb edir.

Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir ki, məşhur aktrisa bu məqsədlə Los-Anceles Ali Məhkəməsində vəsatət qaldırıb.

Aktrisanın vəsatət qaldırmasına səbəb hakimin Bred Pitin vəkillərindən biri ilə işgüzar münasibətlərdə olmasıdır.

Qeyd edək ki, 56 yaşlı Bred Pitlə 45 yaşlı Ancelina Coli 12 il ailəli olub.

Cütlük 2016-cı ildə ayrılıb. Onların altı övladı var.

Gununsesi.info