“Rusiya-Gürcüstan əlaqələri bərpa olunacaq” - LAVROV

  • By admin
  • 18 Sentyabr 2020 13:20

“Rusiya və Gürcüstan arasında əlaqələr qaydaya düşəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RTVI” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Tbilisidə artıq Moskva ilə qarşılıqlı əlaqələrin bərpasını dəstəkləyən siyasətçilər meydana gəlməkdədir: “İnanıram ki, Gürcüstanla münasibətlər bərpa olunacaq, düzələcək. Biz bunu dəstəkləyən gürcü siyasətçilərin meydana çıxmasını görürük”.

S.Lavrov son nəticədə Rusiya və Gürcüstan xalqları arasında ənənəvi tarixi yaxınlıq və bağlılığın qələbə qazanacağına inandığını qeyd edib: “Gürcüstana Rusiya ilə normal münasibətləri bərpa etməyə imkan verməməyə çalışan təxribatçılar rüsvay olacaqlar”.

 

 

Gununsesi.info