Putin BMT-nin Belarusda insan haqları ilə bağlı müzakirələrin qarşısını ala bilmədi

  • By admin
  • 19 Sentyabr 2020 11:38

 

Belarus, Rusiya, Çin və Venesuelanın dağıdıcı taktikaları BMT-nin Cenevrədəki İnsan Haqları Şurasının Belarusda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi müzakirələrin qarşısını ala bilməyib.

Müzakirələr BMT-nin İnsan Haqları üzrə Ali Komissarının mübahisəli prezident seçkilərindən sonra Belarus təhlükəsizlik qüvvələrinin minlərlə dinc nümayişçiyə qarşı zorakılıqlarlarını təsvir edən hesabatı ilə başlayıb.

Lakin xüsusi məruzəçinın Belarusda insan haqları vəziyyəti ilə bağlı çıxışı Belarus və onun tərəfdarlarının etirazına səbəb olub. Onlar xüsusi müzakirələrdə yalnız ölkə nümayəndələrinin çıxış edə biləcəyini və İnsan Haqları üzrə Ali Komissarın və xüsusi məruzəçi də daxil olmaqla başqalarının müzakirədə iştirak etməməli olduğunu deyib.

Rusiyanın Cenevrədəki BMT səfiri Gennadi Qatilov şuranı prosedur qaydalarını pozmaqda günahlandırıb.

“Biz və digər ölkələrin nümayəndələri dialoqun təcili müzakirələr formatına uyğun gəlmədiyini bir daha təkrarlayırır və xüsusi məruzəçi ilə dialoqun dayandırılmasını tələb edirik, ” – deyə, Qatilov bildirib.

BMT İnsan Haqları Şurasının prezidenti Elizabet Tişi-Fisslberger bu tələbi rədd edib.

“Təcili müzakirələr olarkən həmişə tətbiq etdiyimiz proseduru dəqiqliklə yerinə yetiririk. Bunu əvvəllər də etmişdik və bu gün də edirik” – deyə, Tişi-Fisslberger cavab verib.