Aqşin Yeniseydən Alim Qasımova “güllə kimi” sözlər - FOTO

  • By admin
  • 19 Sentyabr 2020 13:58

Yazıçı, şair, publisist Aqşin Yenisey Seyid Taleh Boradigahının xalq artisti Alim Qasımovla çəkdirdikləri klip haqqında yazıb.

Gununsesi.info-nun xəbərinə görə, Aqşin Yenisey xalq artistini ağır ifadələrlə ittiham edib:

“Bu Alimin ağlının azlığından istifadə edib gah uçan xalçaya mindirirlər, gah cəza yamayırlar, gah azan oxutdururlar. İndi də gedib mərsiyəxanlara qoşulub. Şəkildəki xəritədə də İran gəlib dirənib Bığ restoranına. Görəcəksiniz, tırkalayıb ilk çipi də Azərbaycanda Alim müəllimə taxacaqlar”.

Xatırladaq ki, xalq artisti Alim Qasımov azərbaycanlı ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi klipində görünən bir xəritədə Azərbaycan torpaqları İran ərazisi kimi göstərilmişdi.

 

Günay

Gununsesi.info