“Fənərbaxça”dan daha bir transfer

  • By admin
  • 20 Sentyabr 2020 15:43

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Gununsesi.info xəbər verir ki, İstanbul klubu “Antalyaspor”un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.

Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Almaniyada anadan olan futbolçunun transferi “Fənərbaxça”ya 1 milyon 750 min avroya başa gəlib. İstanbul klubu hətta öz oyunçularından da birini “Antalyaspor”a verməlidir.

Nazim Sanqare daha öncə “Allemaniya”, “Fortuna”, “Osnabryuk” kimi klublarda da forma geyinib.

 

 

Gununsesi.info