Rusiya təyyarələri Suriya müxalifətinin nəzarətindəki əraziləri bombalayıb

  • By admin
  • 21 Sentyabr 2020 09:53

Suriyanın müxalifət mənbələri Rusiya təyyarələrinin qiyamçıların nəzarətindəki əraziləri bombalayıb.

Hücum Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilən atəşkəsdən 6 ay sonra həyata keçirilib. Şahidlər hücumun İdlib şəhərinin qərb hissəsində həyata keçirildiyini bildirib.

Dağlıq Cəbəl-əz-Zəvya bölgəsində ağır top atəşlərinin səsi eşidilib.

“Bu otuz hücum atəşkəs razılaşmasından bəri indiyə qədər edilən ən ağır zərbələrdir” – deyə, sabiq üsyançı Məhəmməd Rəşid bildirib.

Digər izləmə mərkəzləri Rusiyanın Suxoy pilotsuz təyyarələrinin İdlib şəhərinin qərbindəki Horş bölgəsinə və Ərəb Səid qəsəbəsinə zərbə endirdiyini bildirib.

Mart ayında əldə edilən atəşkəs razılığından bəri Rusiya tərəfindən dəstəklənən və bir neçə ay davam edən döyüşlərdən sonra Türkiyə ilə həmsərhəd bölgədə bir milyondan çox insanın didərgin düşməsinə səbəb olan bombardman kampaniyasına son qoyulduğundan sonra genişmiqyaslı hava hucümu olmayıb.

Nə Moskva, nə də Suriya ordusu hücum barədə şərh verib. Tərəflər uzun müddətdir müxalif silahlı qrupları atəşkəs razılaşmasını pozmaqda və ordunun nəzarətindəki bölgələrə hücum etməkdə günahlandırır.

Ankaranın Rusiyanın dəstəklədiyi qüvvələri yeni irəliləyişlərdən geri çəkmək üçün İdlib vilayətinə minlərlə əsgərini yerləşdirməsindən sonra Türkiyə və Rusiya arasında əldə edilən razılıq hərbi qarşıdurmaları aradan qaldırmışdı.

Qərb diplomatları Moskvanın Türkiyənin İdlibdəki hərbi mövcudluğunu azaltması üçün son danışıqlarda Ankaraya təzyiq göstərdiyini bildirib.