Baş nazirin müavini: “Rusiya Türkiyəyə çarter aviareyslərə razılq verdi”

  • By admin
  • 29 İyun 2016 17:47

arce

 

Rusiya hökuməti Türkiyəyə çarter avireyslər həyata keçriən şirkətlərə qarşı qoyduğu qadağanı aradan qaldırır. Gununsesi.info Moskva mediasına istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib. Onun sözlərinə görə, hökumət çarter reysləri həyata keçirən aviaşirkətlərə qarşı qadağanı aradan qaldıracaq. “Ancaq reyslərin bərpa olunması hüququ aviaşirkətlərin öz ixtiyarına veriləcək. Onlar nə zaman istəsələr çarter reyslərini həyata keçirəcəklər”, -deyə baş nazirin müavini qeyd edib.

A.Dvorkoviç onu da əlavə edib ki, Türkiyə ilə iqtisadi-ticari münasibətlərin normallaşdırılması ilə bağlı hüquqi baza hazırlanır və yaxın günlərdə bu barədə qərar qəbul ediləcək.

Gununsesi.info