Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb -ŞOK

  • Müəllif: Şəbnəm
  • 18 Sentyabr 2026 13:41

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus əməkdaşlarının şəxsi məlumatları satışa çıxarılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, ölkədəki diplomatik korpuslara xidməti göstərən A-Qroup Sığorta Şirkətinin hesabı bir müddət əvvəl ələ keçirilib.

Əldə olunan məlumata görə, satışa çıxarılan siyahıda BP, İtaliya, Avstriya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və digər ölkə və şirkətlərə aid məlumatlar yer alıb.

Xatırladaq ki, sözügedən sığorta şirkəti 6 iyul 2025-ci ildə “Crypto24” adlı şantajçı proqram qrupu tərəfindən kiberhücuma məruz qalmışdır.

 

 

Elmar

Gununsesi.info