AAAF Park bu dəfə məhkəməyə müraciət etdi

Tez-tez kommunal problemləri ilə medianın gündəminə gələn AAAF Park yaşayış kompleksi  məsələni həll etmək üçün məhkəməyə müraciət edib.

Gununsesi.org-un verdiyi xəbərə görə‚ “AAAF İnşaat” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azərsu” ASC-yə qarşı iddia qaldırıb. Ərizədə qeyd edilib ki‚ qanunsuz hesablanmış ÇSU kateqoriyası üzrə 12.021,40 manat və QRT kateqoriyası üzrə 17.832,69 manat olmaqla cəmi 29.854,09 manat borcun cavabdeh “Azərsu” ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilsin.

Hakim Aytən Oruczadə məhkəməyə təqdim edilən sənədləri nəzərdən keçirərək ərizənin geri qaytarılmasına qərar verib.

Belə ki‚ iddiaçı “AAAF İnşaat” MMC ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməyib. Buna görə də sənədlər geri qaytarılıb və bildirilib ki‚ bu əskiklik aradan qaldırıldıqdan sonra “AAAF” yenidən məhkəməyə müraciət edə bilər.

Gununsesi.org