Aaron Remzi “Reyncers”ə keçdi

  • By admin
  • 01 Fevral 2022 17:19

“Yuventus”un yarımmüdafiəçisi Aaron Remzi Şotlandiyada oynayacaq.

Gununsesi.info xəbər verir ki, uelsli futbolçu “Reyncers”də oynayacaq. Qlazqo təmsilçisi 31 yaşlı futbolçunu icarəyə götürüb.

Danışıqlara görə, o, iyunun 30-na kimi “Reyncers”ə məxsus olacaq. Bu mövsüm Remsi “Yuventus”un heyətində 5 oyuna çıxıb.

 

 

Gununsesi.info