Avropa Birliyi (AB) Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, AB-nin 27 ölkəsi savaş üzündən, bu günə qədər Rusiya Mərkəzi Bankına aid 200 milyarddan çox aktivlərini dondurub.
AB Komissiyasının sözçüsü Kristian Viqand toplantıda sanksiyalarla bağlı bunları deyib:
“Ukraynaya vurduğu zərərin bədəlini Rusiyaya ödətməkdə qərarlıyıq. Bu barədə çalışnalarımız intensiv şəkildə davam edir. Bəhsi keçən aktivlərin Ukrayna üçün işlədilməsi mümkündür”.
Tərcümə: Arzu Sayadoğlu