Avropa Birliyindən(AB) Türkiyəni maraqlandıran qərar açıqlanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, AB namizəd ölkələrə üzvlük hazırlıqlarını sürətləndirməyə hazır olmaq üçün qərar vermək və maliyyə prosesləri ilə bağlı toplantı keçirib.
Bildirilir ki, namizəd ölkələrə üzvlük hazırlıqlarının tezləşdirilməsi üçün nağd pul dəstəyi və AB birjalarına əlçatım təminatını təklif edəcəyi açıqlanıb.
AB-nin yeni toplantısında AB-yə üzv ölkələrin nazirlərinin oktyabrın 5-6-da İspaniyanın Mursiya şəhərində keçiriləcək zirvənin təməlləri atılıb.
AB-nin dövri sistemlə davam etdirilən hazırkı Prezidenti İspaniyanın Xarici İşlər Naziri Manuel Albares “Genişlənmə birliyin qarşı-qarşıya olduğu problemlərdən biridir. Genişlənməyə hazır olmalıyıq”, deyib.
Bu anda AB-yə namizəd ölkə statusunda olan dövlətlər Türkiyə, Ukrayna, Moldova, Albaniya, Bosniya və Hersoqovina, Çernoqoriya, Serbiya və Şimali Makedoniyadır.
Tərcümə: Arzu