AB Ədalət Məhkəməsi PKK terror təşkilatının etirazını rədd edib

  • By Admin2
  • 14 Mart 2025 15:53

Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın AB məhkəmələrinin məhdudlaşdırıcı tədbirləri ehtiva edən qərarlarına qarşı şikayətini rədd edib. Aİ terror təşkilatı PKK-ya qarşı maliyyə aktivlərinin dondurulması, maliyyə qaynaqlarının qadağan edilməsi kimi sanksiyalar tətbiq edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyinin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsi PKK -nın 2015-2017-ci illər və 2019, 2021 və 2022-ci illərdə aldığı qərarlarla bağlı 27 yanvar 2023-cü ildə verdiyi şikayəti rədd edib.

Belə ki, Ali Məhkəmə terror təşkilatı ilə bağlı daha əvvəl çıxarılan qərarları təsdiqləyib.

Orxan

Gununsesi.info