“AB ilə yollarımızı ayıra bilərik” – Ərdoğandan Avropaya ismarıc

  • By admin
  • 16 Sentyabr 2023 22:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Amerikaya səfəri öncəsində mətbuat toplantısı keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin Türkiyə ilə bağlı hesabatına etiraz edən Ərdoğan ikitərəfli əlaqələrin qopma nöqtəsində olduğunu söyləyib.

“Avropa Birliyi Türkiyə ilə münasibətlərin qopmasına cəhd edir. Bizim də edəcəklərimiz var. Lazım gələrsə, Avropa Birliyi ilə yolları ayıra bilərik”.

Türkiyə Prezidenti Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarın Türkiyə Böyük Millət Məclisi tərəfindən veriləcəyini söyləyib.

Xatırladaq ki, Ərdoğan 16-20 sentyabr tarixlərində BMT toplantısında iştirak etmək üçün Amerikada səfərdə olacaq.

 

Tərcümə: Arzu

Gununsesi.info