AB rəsmisindən həyəcan təbili :” Hərbi ehtiyatlarımızın tükəndiyinin fərqinə vardıq”

  • By admin
  • 08 Dekabr 2022 15:40

Avropa Birliyinin Yüksək Təmçilçisi Cosep Borel qurumun müdafiə qabiliyyəti ilə bağlı yeni açıqlama verib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Müdafiə Agentliyinin illik toplantısında çıxış edən qurum rəsmisi Ukrayna savaşının Avropa Birliyi üçün “amansız həyəcan oyanışı” olduğunu söyləyərək bunları deyib.

“Gərgin müdafiə bacarığına sahib deyilik. İllərlə müdafiəyə yetərsiz ölçüdə yatırım etmədiyimiz üçün hərbi ehtiyatlarımızın tükəndiyinin fərqinə vardıq. Özümüzü qorumaq üçün ehtiyac duyduğumuz bacarıqlara sahib deyilik. Maliyyə dəstəyi və hərbi qabiliyyətlər arasında sənaye və hərbi heyətimizin nəyə ehtiyacı olmasını görmək, onu emal etmək və fəaliyyətə keçmək üçün edilməli olan çox şey var”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info